“İranın nüvə dosyesi bağlanacaq” - Ağ ev
03.01.2016 17:07 Dünyadan reaksiya 2115
Ağ Ev Milli Təhlükəsizlik İdarəsinin rəhbərinin fikrincə, gələn həftə nüvə razılaşmanın tam şəkildə qüvvəyə minməsi ilə birlikdə, İran nüvə dosyesi bağlanacaq.
Ağ Ev Milli Təhlükəsizlik İdarəsinin rəhbəri Ben Rhodes İran nüvə dosyesinin önümüzdəki həftələrdə bağlanacağını bildirib.
İranın dosyesinin təqib edildiyini və sanksiya tətbiq edən tərəflərin də təşəbbüsü ilə bu dosyenin yaxın bir zamanda bağlanacağını bildirən Rhodes vurğulayıb ki, nüvə razılaşmasının tam olaraq tətbiq olunması üçün bir neçə mərhələ var: “İran bu mərhələləri də keçməlidir. Bu mərhələlərdən ən əhəmiyyətlisi isə İranın zənginləşdirilmiş uranı xaricə transfer etməsidir".
Amerikanın İran dövlətinin həmin dosye üçün lazım olan addımların atılmalı olduğunu qeyd edən Rhodes bildirib ki, Amerikanın İranın raket proqramına qarşı tətbiq etdiyi sanksiyaları işə salması üçün daha çox zamana ehtiyacı var: “Sanksiyaların təxirə alınması Tehrandan gələn təzyiqlərə görə deyildi" - deyə Rhodes bildirib.
Amerika tərəfindən İranın raket proqramına bağlı sanksiya tətbiq etməsi ilə bağlı açıqlamasının ardınca prezident Ruhani Müdafiə naziri Dəhgana bir məktub yazaraq raket proqramının inkişaf etdirilməsini istəyib. Bu isə xarici mətbuatda geniş səs – küyə səbəb olub.
Məktubun dərc olunmasından sonra Amerika, İranın raket proqramına qarşı tətbiq etdiyi sanksiyaları müvəqqəti şəkildə təxirə saldığını bildirib.
Şərhlər