Yunanıstanın baş naziri: “Kreditorlar yunan millətini təhqir edirlər”
27.06.2015 12:37 Dünyadan reaksiya 1978
Reaksiya.Az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu Yunanıstanın baş naziri Aleksis Tsipras bəyan edib.
O, xalqa müraciətində Yunanıstana yardım proqramı üzrə milli referendumun keçiriləcəyini bildirib.Yunanıstanda iyulun 5-də referendum keçiriləcək.
Onun sözlərinə görə, vətəndaşlar referendumda "Yunanıstan ölkəyə daha sonra da maliyyə yardımı göstərmək istəyən beynəlxalq kreditorların şərtlərini qəbul etməlidirmi?" sualına cavab verəcəklər.
O, Brüsseldə kreditorlarla aparılan danışıqlardan bir neçə saat sonra xalqa müraciət edib. Bu danışıqlarda kreditorlar Yunanıstana maliyyə verilməsini daha beş ay uzatmaq müqabilində islahatlar aparılmasını istəyiblər. Hərçənd Afina üçün bu gün başlıca dəfedilməz problem dövlət sektorunda çalışanların və xüsusi təqaüdlərin azaldılmasıdır.
A.Tsipras kredit verənlərin təklifini faciəvi adlandıraraq deyib ki, onlar Yunanıstandan vergilərin artırılmasını, maaş və təqaüdlərin azaldılmasını tələb edirlər. Bu tələblər millətin təhqir edilməsi deməkdir.
Xatırladaq ki, Almaniya kansleri Angela Merkel kreditorların son təklifini olduqca səxavətli adlandırıb. Afinaya maliyyə yardımı ilə bağlı qüvvədə olan razılaşma iyunun 30-da başa çatır. Bu razılaşma uzadılmasa, Yunanıstan son kredit tranşını ala bilməyəcək və yaxın həftələrdə defolt elan etməyə məcbur qalacaq.
Şərhlər