ABŞ İrana qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirir

05.01.2016 12:20     Dünyadan reaksiya     1545

"Ballistik raketləri sınaqdan keçirdiyi üçün İrana qarşı bəzi sanksiyaları nəzərdən keçiririk".

"Reaksiya" reporta istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kibri gündəlik mətbuat konfransında bildirib.

"Sanksiyaların tətbiq edilməsindən öncə həll olunası bəzi detallar var. Dövlət katibi Con Kerri iranlı həmkarı Məhəmməd Cavad Zəriflə hər telefon danışığı zamanı bu problemi gündəliyə gətirir", - deyən Con Kibri məsələ ilə bağlı detalları danışmaqdan yayınıb.

Qeyd edək ki, ABŞ KİV-i Maliyyə Nazirliyinin ballistik raketləri sınaqdan keçirdiyi üçün İrana qarşı sanksiyaların tətbiq edəcəyi haqda məlumat yayıb. Xatırladaq ki, İranın müdafiə naziri Hüseyn Dehqan raket istehsalını artırmaq niyyətində olduqlarını bildirmişdi. 

Şərhlər

Çox oxunanlar