Türkiyə İŞİD-dən qorunmaq üçün bu yola əl atdı - FOTOLAR
27.06.2015 12:51 Dünyadan reaksiya 1991
Türkiyədən Suriyaya İŞİD terrorçularının sızması və qeyri-qanuni yolla keçidlərin qarşısını almaq üçün sərhədə 3,5 metr hündürlüyündə istinad divarı çəkiləcək.
ANS PRESS-in məlumatına görə, Türkiyə Daxili İşlər Nazirliyi Suriya sərhədində təhlükəsiz ərazi yaratmaq məqsədi sərhəddəki valiliklərə 20 milyon lirəlik vəsait ayırıb. Hatay, Gaziantep, Kilis və Şanlıurfa əyalətləri "təhlükəsizlik divarı" üçün ortaq layihə hazırlayıblar.
Layihəyə görə, Türkiyə ilə Suriya arasında olan 911 kilometrlik sərhədə beton divarlar yerləşdiriləcək. Eyni zamanda, divarın Türkiyə hissəsində əlavə olaraq yüksək tel hasar da çəkiləcək. Təhlükəsizlik tədbirlərini izləmək üçün sərhəddə işıqlandırma və kamera sistemi quraşdırılacaq. Bu istinad divarı ABŞ-ın Meksika sərhədinə çəkdiyi divara bənzər şəkildə inşa ediləcək. Təhlükəsizlik zonasına sərf olunacaq xərcin yüksək olması səbəbiylə əlavə vəsait göndəriləcəyi də istisna edilmir.
ABŞ, 3145 kilometr sərhədi olan Meksikadan xüsusilə narkotik vasitə keçirilməsinin və qaçaq immiqrantların qarşısını almaq üçün 2006-2009-ci illərdə 1080 kilometrlik divar hörmüşdü. Ancaq divar üçün xərclənən 2,4 milyon dollar ABŞ-da böyük müzakirələtə səbəb olmuş, nəticədə həm narkotik qaçaqçılığı, həm də qaçaq immiqrantların qarşısını almaqda mümkün olmamışdı. ABŞ rəhbərliyi indi qalan 1126 kilometrlik sərhədə də divar hörmək istəyir.
Şərhlər