"Səudiyyə ilə İran müharibənin bir addımlığında..." - ABŞ generalı

05.01.2016 13:51     Dünyadan reaksiya     1567

Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginlik irimiqyaslı müharibəyə çevrilə bilər.
 
"Reaksiya" virtualaz.org-a istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının keçmiş komandanı, dəniz piyadalarının istefada olan generalı Entoni Zinni bunu "Fox News"a müsahibəsində deyib.
 
Onun sözlərinə görə, iqtisadi sabitlikdə maraqlı olan hər kəs yaranmış vəziyyətdən narahatdır: "İki ölkə arasındakı münasibətə dair yayılan xəbərlər narahatedicidir. Əgər münaqişə kəskinləşərsə, o zaman bu, İranla Səudiyyə Ərəbistanı arasında irimiqyaslı müharibəyə səbəb olar. Bu isə körfəzin bağlanması, enerji daşıyıcılarının sərbəst nəqlində məhdudiyyətlərin yaranması ilə nəticələnər".
 
General deyib ki, Ər-Riyadla Tehran arasında münaqişə diqqəti terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədən yayındırar, Vaşinqtonun dəstəklədiyi bölgə dövlətlərində daxili sabitliyin pozulmasına səbəb olar.

Şərhlər

Çox oxunanlar