Prezidentin 70 milyonluq istirahəti tənqid olundu
05.01.2016 14:11 Dünyadan reaksiya 1929
ABŞ prezidenti Barak Obama Yeni il ərəfəsində ailəsiylə birgə Havay adalarına tətilə gedib.
"Reaksiya" Axşam.az-a istinadən xəbər verir ki, o, istirahətdən döndükdən sonra xalqın vergilərindən gələn pulla istirahət etməsi mövzusunda sərt tənqid olunub.
Məşhur mühafizəkar saytlardan birində Obama ailəsinin 7 illik tətil xərclərinin 70 milyon dolları aşdığı iddia edilir. Obamanın həyat yoldaşı, iki qızı, şəxsi köməkçilərindən başqa dostları və ev heyvanlarını da Havay adalarına apardığı deyilir.
Şərhlər