BMT TŞ İran və Səudiyyə Ərəbistanını dialoqa çağırdı
05.01.2016 17:59 Dünyadan reaksiya 1776
BMT Təhlükəsizlik Şurası Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğuna hücumları tənqid edib.
"Reaksiya" xəbər verir ki, Təhlükəsizlik Şurasının üzvləri bildiriblər ki, İran və Səudiyyə Ərəbistanı regionda gərginliyin azaldılması üçün öz aralarında dialoq təşəbbüsünü dəstəkləməlidirlər.
Bununla yanaşı, bəyanatda iki dövlət arasında münasibətlərin gərginləşməsinə səbəb olan şiə din xadimi Nimr əl Nimrin edamı ilə bağlı heç bir qeyd yoxdur.
Şərhlər