Şimali Koreya hidrogen bombasını uğurla sınaqdan keçirdi

06.01.2016 10:03     Dünyadan reaksiya     1626

Koreya Xalq Demokratik Respublikası hidrogen bombasının uğurla sınaqdan keçirdiyini bəyan edib. "Reaksiya"nın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə xüsusi bəyanat Şimali Koreya Mərkəzi Televiziyasının efirində səsləndirilib.  

Bəyanatı həmçinin Cənubi Koreya telekanalları da yayımlayıb.   

Qeyd edək ki, KXDR 2005-ci ildə özünü nüvə dövləti elan etdikdən sonra sayca dördüncü nüvə silahının sınağını keçirib.

Cənubi Koreya KİV-lərinin məlumatına görə, nüvə qurğusu təxminən 100 metr dərinlikdə partladılıb. Partlayış 5,1 bal gücündə zəlzələnin baş verməsinə səbəb olub.

Qeyd edək ki, hadisə ilə əlaqədar Cənubi Koreya və Yaponiyada milli təhlükəsizlik qurumlarının təcili iclası çağırılıb.   

Şərhlər

Çox oxunanlar