Orta Asiyada gələcək Turan dövlətinin ilk addımı atıldı

27.06.2015 14:05     Dünyadan reaksiya     1621

Qırğızıstan müdafiə naziri Abibilla Kudaybrdiyev 24-26 iyun tarixləri arasında Qazaxıstana rəsmi səfərdə olub.
 
Reaksiya.Az "Türkçü Haber"ə istinadən xəbər verir ki, Qırğızıstan müdafiə naziri Abibilla Kudayberdiyev və Qazaxıstan müdafiə naziri Ïmanğalï Tasmağambetov arasında ikitərəfli hərbi-texniki yardım təmin edilməsi haqqında razılaşma imzaladılar. Beləcə iki ölkə arasında hər cür və sərhədsiz hərbi və texniki köməkləşmənin önü açılmış oldu. Edilən bu razılaşma sayəsində Orta Asiyada Türk rəhbərliklərinin gücü artacaq.
 
Hərbi mövzuda Qırğızıstan ilə Qazaxıstanın qarşılıqsız hərbi və texniki yardımlaşma sayəsində yaxın gələcəkdəki Turan Dövlətinin ilk addımı da atılmış oldu.
"Kabar.kg"nin xəbərinə görə mövzu haqqında Qırğızıstan Silahlı Qüvvələri Baş Qərargah rəhbərliy məlumat verib/
 
Qeyd edildiyi kimi, görüş zamanı, hərbi, hərbi-texniki əməkdaşlıq, hərbi heyəti yetişdirmə, Rusiya Müdafiə Nazirliyi tərəfindən Qırğızıstana verilən hərbi məhsulların tranziti, sülh missiyalarını və digərlərini tənzimləmə üzərində təcrübə mübadiləsi mövzuları ələ alındı.

Şərhlər

Çox oxunanlar