Bir neçə ölkə Şimali Koreyaya etiraz etdi
06.01.2016 13:29 Dünyadan reaksiya 1858
Koreya Xalq Demokratik Respublikasının (KXDR) hidrogen bombasını sınaqdan keçirməsi nəticəsində yaranan yeraltı təkanlar səbəbi ilə Çin sərhəd rayonlarındakı əhalini evakuasiya edib.
"Reaksiya" APA-ya istinadən xəbər verir ki, həmçinin baş vermiş hadisə ilə bağlı Çin qəti etirazını bildirib. “Koreya Xalq Demokratik Respublikası nüvə sınağı barədə məlumat verib. Çin buna qəti şəkildə etiraz edir. Çinin mövqeyi nüvə silahının yayılmasının qarşısının alınması və Şimal-Şərqi Asiyada sülh və stabilliyin təmin edilməsidir. Biz israrla KXDR-nı nüvə silahını yaymamaqla bağlı öhdəliklərə əməl etməyə və vəziyyəti gərginləşdirə biləcək istənilən fəaliyyəti dayandırmağa çağırırıq”, - deyə Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsi Xua Çunin deyib.
Həmçinin qonşu ölkələr olan Yaponiya, Cənubi Koreya da KXDR-nin bu addımı ilə bağlı rəsmi şəkildə etiraz edib.
Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Konstantin Kosaçev öz “facebook” səhifəsində KXDR tərəfindən nüvə sınağının Rusiyanın milli təhlükəsizliyinə təhdid yaratdığını bəyan edib.
Həmçinin ABŞ, Böyük Britaniya, Fransa, Avstraliya da nüvə sınağını pisləyən bəyanat yayıb.
Şərhlər