İraq ordusu İŞİD-in “hərbi nazir”inin öldürüldüyünü açıqlayıb
06.01.2016 19:51 Dünyadan reaksiya 1752

İraq Hərbi Hava Qüvvələrinin Ənbar vilayətinə hücumu nəticəsində İŞİD daxilində “hərbi nazir” vəzifəsini icra edən şəxsin zərərsizləşdirildiyi açıqlanıb.
"Reaksiya"nın APA-ya istinadən məlumatına görə, bu barədə hərbi komandanlığın informasiya bürosunun “Facebook” səhifəsində məlumat verilib. "Nazir"lə yanaşı, daha 3 terrorçunun məhv edildiyi bildirilir. “Al-Arabia” telekanalı öldürülən “nazir”in adı Samer Muhammed Matlub əl-Məhləvi və ya “Əbu Muaz” olduğu barədə xəbər yayıb.
Ötən ilin dekabrında İraq hərbçiləri “maliyyə naziri” vəzifəsini icra edən terrorçunu da zərərsizləşdirdiklərini açıqlamışdılar.
Şərhlər