Pan Gi Mun Şimali Koreyanı tənqid etdi
06.01.2016 23:35 Dünyadan reaksiya 1709
BMT baş katibi Pan Gi Mun Koreya Xalq Demokratik Respublikasının (KXDR) hidrogen bombasını sınaqdan keçirməsini qınayıb və rəsmi Pxenyanı nüvə silahının işlənməsi istiqamətində fəaliyyətdən imtina etməyə çağırıb.
"Reaksiya" report-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Bu hərəkətlər regionda sabitliyə mane olur və mən bunları birmənalı şəkildə qınayıram", - deyə BMT baş katibi jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, KXDR-nın apardığı sınaqlar BMT Təhlükəsizlik Şurasının ölkəyə nüvə və raket texnologiyası ilə bağlı hər hansı fəaliyyətlə məşğul olmağı qadağan edən bir çox qətnaməsini pozur.
Şərhlər