Rusiya bombardman etdi - 20 ölü

07.01.2016 00:27     Dünyadan reaksiya     1752

Suriya ordusuna məxsus döyüş təyyarələrinin paytaxt Dəməşqin şərqindəki Guta bölgəsinə etdiyi hücum nəticəsində 20 nəfər dünyasını dəyişib 50 nəfər isə yaralanıb. Dünyasını dəyişənlərin içində azyaşlı uşaqların da olduğu bildirilir.
 
"Reaksiya" ANS PRESS-ə istinadən xəbər verir ki, orduya məxsus döyüş təyyarələri rejimə qarşı döyüşən müxaliflərin nəzarətindəki Zemelka və Misraba diyarı ilə Duma mahalında dinc sakinləri bombalayıb.
 
Hücum nəticəsində aralarında qadın və uşaqların da olduğu 20 vətəndaşın həyatını itirdiyi, 50 adamın yaralandığı, yaralıların təcili yardım və vətəndaşlar köməyi ilə səhra xəstəxanasına yerləşdirildiyi bildirilir.
 
Hava hücumu nəticəsində çox sayda yaşayış evlərinin dağıldığı, bəzi evlər və müəssisələrin isə istifadəyə yararsız vəziyyətə gətirilib.
 
Paytaxt Dəməşqin şərqi Guta bölgəsində iştirak edən və uzun bir zamandan bəri Əsəd qüvvələrinin mühasirəsi altındakı Duma mahalı ilə Zemelka və Misraba diyarına 3 ildir elektrik və suyun verilişi tamamilə dayandırılıb. Rejim qüvvələri ərazini müxaliflərdən almaq üçün hər gün qurudan və havadan hücumlar təşkil edir.

Şərhlər

Çox oxunanlar