İsveçin paytaxtında partlayış - 10 yaralı

07.01.2016 12:24     Dünyadan reaksiya     1734

İsveçin paytaxtı Stokholmda partlayış baş verib.

"Reaksiya" APA-ya istinadən xəbər verir ki, paytaxtdakı çoxmərtəbəli binalardan birinin zirzəmisində güclü partlayışdan sonra yanğın başlayıb. Bina sakinlərindən 10 nəfər xəsarət alıb. Digər sakinlər dərhal təxliyə edilib.

Yerli polis partlayış və yanğın nəticəsində binanın zədələndiyini, uçma təhlükəsinin yarandığını açıqlayıb. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı əlavə məlumat verməsə də, artıq iki nəfərin saxlandığı məlum olub.

Şərhlər

Çox oxunanlar