Obamadan Ərdoğana xəbərdarlıq - Qoşunları çıxardın
07.01.2016 13:14 Dünyadan reaksiya 1828
ABŞ prezidenti Barak Obama Türkiyəni qoşunlarını İraqdan çıxarmağa çağırıb.
"Reaksiya" AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev bəyanat yayıb.
Obama bu barədə İraqın baş naziri İbrahim əl-Abadi ilə telefon danışığında bildirib.
Bundan başqa, tərəflər İŞİD yaraqlıları ilə mübarizəni müzakirə ediblər.
Qeyd edək ki, Obama ötən ilin dekabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı İraqdan hərbçiləri çıxarmağa çağırmışdı. Türkiyənin baş naziri Əhməd Davudoğlunun isə Bağdadın ölkənin üçdə bir hissəsinə nəzarəti itirdiyini xatırlatmışdı.
Şərhlər