Saakaşvili gömrük və milis işçilərini qovur
27.06.2015 19:00 Dünyadan reaksiya 1697
Odessa qubernatoru Mixail Saakaşvili gömrük və milis işçilərini dəyişdirməyi təklif edib. ANS PRESS-in məlumatına görə, bu barədə Ukraynanın "Vesti" nəşri bildirib.
"Bütün qanun qoruyucularını təmizləmək lazımdır, birmənalı şəkildə. Bunu etmək çox sadədir, və buna görə aydın yazılan qanunlar lazımdır, bunda bizə Ali Rada kömək edə bilər. Və biz bu qanunu sabah, ya o biri gün daxil edəcəyik. Gömrüyü dəyişmək, normal insanları gətirib çıxarmaq lazımdır", - deyə Saakaşvili bildirib.
Daha əvvəl Saakaşvili Odessa administrasiyasının 90%-dən çox ştatını azaltmaq niyyətində olduğunu bildirib.
Şərhlər