Türkiyədə metroda qəza baş verdi

08.01.2016 12:21     Dünyadan reaksiya     1734

Türkiyədə metro xəttində qəza baş verib.

"Reaksiya" APA-ya istinadən xəbər verir ki, bu gün yerli vaxtla saat 7:30 radələrində İzmir şəhərində  Evka 3-Fahrettin Altay xətti ilə hərəkət edən metro qatarı Bölgə stansiyasından keçən zaman yaxınlıqdakı yük anbarında yük maşınlarının üzərindəki konteyner aşıb.

Hadisə yük konteyneri yük maşınının üzərinə qoyularkən baş verib. Nəticədə konteyner metro qatarına çırpılıb, vaqonlardan biri xətdən çıxaraq aşıb. Vaqonun aşması nəticəsində vaqonda olan bəzi sərnişinlər yüngül xəsarət alıblar. Yaralılara yerində tibbi yardım göstərilib. Qəzanın nəticələri aradan qaldırılana qədər metro xətlərində qatarların hərəkəti dayandırılıb, 1 saat sonra xətlərdən birində vaqonların hərəkətinə icazə verilib.

 

Şərhlər

Çox oxunanlar