İŞİD və türk ordusu arasında döyüş - 17 ölü

08.01.2016 13:53     Dünyadan reaksiya     1758

İŞİD qruplaşması Türkiyə ordusunun İraqın şimalındakı Başika bölgəsindəki təlim düşərgəsinə hücum edib.  

"Reaksiya" Modern.az-a istinadən xəbər verir ki, hücum zamanı türk əsgərləri itki vermədən hücumu dəf ediblər və 17 İŞİD-çini məhv ediblər.  

Türkiyə ordusunun dekabrın 4-də İraqın şimalına qoşun hissələri göndərməsi İraq hökumətinin etirazına səbəb olmuşdu. Rəsmi Bağdad bu hadisəni “düşmən addım” adlandırmışdı.  

Şərhlər

Çox oxunanlar