İŞİD üzvü anasını hamının gözü qarşısında edam etdi

08.01.2016 18:20     Dünyadan reaksiya     1767

İŞİD qruplaşmasının üzvlərindən biri hamının gözü qarşısında anasını edam edib.

"Reaksiya" APA-ya istinadən xəbər verir ki, hadisə Rakka şəhərində baş verib.

Suriya İnsan Haqları Müşahidə Şurasının saytında yer alan xəbərə görə, 40 yaşlı qadın 20 yaşlı oğlunu İŞİD sıralarını tərk etmək və Rakkadan qaçmağa inandırmağa çalışıb. Lakin qadın buna nail olmayıb.

Əvəzində qadının oğlu bu barədə qruplaşmanın yerli başçısına məlumat verib. Bundan sonra qadın saxlanılıb. Oğul anasını işlədiyi poçt şöbəsinin qarşısındakı meydanda hamının gözü qarşısında edam edib.

 

Şərhlər

Çox oxunanlar