Türkiyədə avtobus aşdı - 8 ölü, 42 yaralı

09.01.2016 11:17     Dünyadan reaksiya     1862

Türkiyədə miqrantları daşıyan avtobusun aşması nəticəsində 8 nəfər ölüb, 42 nəfər xəsarət alıb.

"Reaksiya" APA-ya istinadən xəbər verir ki, hadisə Balıkesir bölgəsində qeydə alınıb.

Məlumata görə, Yaşar Özkan adlı sürücünün idarə etdiyi avtobus gecə saat 3 radələrində istinad divarına çırpılaraq aşıb. Qəzada sürücü özü də ölüb.

Xəsarət alanlar Balıkesir xəstəxanasına yerləşdirilib.

Şərhlər

Çox oxunanlar