Avstraliyada 3 şəhərin əhalisi evakuasiya edilir

09.01.2016 14:19     Dünyadan reaksiya     1791

Avstraliyanın Qərbi Avstraliya ştatının rəhbərliyi meşə yanğınları səbəbi ilə 3 şəhər və onun ətraf ərazilərində əhalinin evakuasiyası barədə qərar qəbul edib.

"Reaksiya" APA-ya istinadən xəbər verir ki, bu barədə yerli ABC kanalı xəbər yayıb. Bildirilir ki, bu gün yanğınlar Xarvi, Kukernal və Uokaul şəhərlərinə çox yaxınlaşıb. Yaxın saatlarda bu şəhərlər və onların ətraf ərazilərinin də yanğına məruz qalacağı gözlənilir.

Evakuasiya qərarını ştatın yanğın idarəsi və fövqəladə hallar xidməti elan edib. Məlumatlara əsasən, yanğın artıq Yarlup rayonunda 60 evi əhatə edib. Yanın quru və isti hava, ardınca isə güclü külək səbəbi ilə sürətlə yayılıb. 

Şərhlər

Çox oxunanlar