Ermənistanda 4 nəfər “donuz qripi”ndən öldü

09.01.2016 14:30     Dünyadan reaksiya     1949

Ermənistanda “donuz qripi” kimi tanınan (H1N1) virusuna yoluxanların sayı artıb.

"Reaksiya" musavat.com-a istinadən xəbər verir ki, ölkənin baş infeksionisti Ara Asonyan mətbuata bildirib ki, son günlər 4 nəfər H1N1 virusundan dünyasını dəyişib.

Ermənistanın xəstəxanalarında “donuz qripi”nə yoluxmuş çoxlu sayda xəstə var. Onlardan 150-si uşaq, 120-si isə hamilə qadındır. Müalicə olunanların 8-i ağır vəziyyətdədir. Onlar süni nəfəs aparatına qoşulublar.

Şərhlər

Çox oxunanlar