İraq iranlı hərbçilərin cəsədini İrana verdi
11.01.2016 16:03 Dünyadan reaksiya 1660
İran-İraq müharibəsi zamanı (1980-1988-ci illər) həlak olmuş 93 iranlı hərbçinin cəsədlərinin qalıqları İrana qaytarılıb.
"Reaksiya"nın APA-ya istinadən verdiyi məlumata görə, bu addım İraq rəhbərliyininmüvafiq qərarına əsasən atılıb.
Cəsədlərin qalıqlarının qaytarılması mərasimi İran-İraqsərhədindəki Şalamça sərhəd-keçid məntəqəsində baş tutub. Cəsədlərin qalıqlarının qaytarıldığı əsgərlərin əksəriyyəti 1998-ci ildə Fao yarımadası və Məcnun adalarında həlak olub.
Tabutlar İranın Ahvaz şəhərinə gətirilib. Matəm mərasimindən sonra cəsədlərin qalıqları torpağa tapşırılacaq.
Şərhlər