ABŞ-da bayraq davası düşdü

28.06.2015 11:30     Dünyadan reaksiya     1891

Konfederasiya bayrağının Kapitoli binasından endirilməsi etirazlara səbəb olub

Amerika Birləşmiş Ştatlarının Alabama və Cənubi Karolina ştatlarında yüzlərlə insan yürüşə qatılıb. Aksiya iştirakçıları Çarlston kilsəsində kütləvi qətldən sonra Kapitoli binasından Konfederasiya bayrağının çıxarılmasına qarşı çıxıblar. 

Yürüş iştirakçıları Konfederasiya bayrağının yerinə sancılmasını və həmin insidentin irqi bölünmə deyil, Cənub irsinin məsələsi olduğunun nümayiş etdirilməsini tələb ediblər. Cənubi Karolina ştatında baş tutan yürüşdə 50-ə yaxın Konfederasiya bayrağı dalğalandırılıb. 

Amerika Birləşmiş Ştatları bayrağına dəstək aksiyaları Cənubi Karolinada bir qadının dövlət bayrağı dirəyinə dırmanaraq oradan bayrağı endirməsindən sonra keçirilib. Həmin insident zamanı polis iki fəalı həbs edib və zədələnmiş ABŞ bayrağını yarım saat ərzində yenisi ilə əvəz edib.

Şərhlər

Çox oxunanlar