Putin Əsədə siyasi sığınacaq verəcək
12.01.2016 12:04 Dünyadan reaksiya 2093
Rusiya prezidenti Suriya liderini öz ölkəsində yerləşdirə biləcəklərini bəyan edib.
"Reaksiya" Azvision.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Almaniyanın `Bild` qəzetinə müsahibəsində bildirib.
Müsahibə zamanı Putin suriyalı həmkarı Bəşər Əsəd və onun taleyi haqqında da fikirlər səsləndirib: “Məncə, Bəşər Əsədin aqibətini müzakirə etmək üçün hələ çox tezdir. Amma bir gün Suriya lideri öz ölkəsini tərk etmək qərarına gələrsə, Rusiyada asanlıqlı siyasi sığınacaq ala bilər. Əsədin ölkəmizə gəlməsi FTB agenti Edvard Snoudenin gəlib sığınacaq almasından daha asandır. Amma bayaq dediyim kimi, bu məsələnin vaxtı hələ gəlməyib”.
Şərhlər