İstanbulun mərkəzi meydanında partlayış - 10 nəfər öldü, 15 nəfər yaralandı - VİDEO

12.01.2016 13:50     Dünyadan reaksiya     1873

Türkiyənin İstanbul şəhərindəki Sultanəhməd Meydanında baş verən partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

"Reaksiya" APA-ya istinadən xəbər verir ki, bu barədə İstanbul Valiliyinin yaydığı açıqlamada bildirilir.

12:50

İstanbuldakı Sultanəhməd Meydanında şiddətli partlayış baş verib.

"Reaksiya" "Milliyət"ə istinadən xəbər verir ki, partlayış nəticəsində ölən və yaralananlar var.

İlkin ehtimala görə, partlayış canlı bomba tərəfindən törədilib.

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşınları gəlib. Polis partlayış baş verən ərazini nəzarətə götürüb.

Şərhlər