İstanbulda partlayışı terrorçu kamikadze törədib

12.01.2016 15:07     Dünyadan reaksiya     1874

İstanbulda partlayışı terrorçu kamikadze törədib.

"Reaksiya" "Report"a istinadən xəbər verir ki, bunu partlayışın şahidləri bildirib.

Onların sözlərinə görə, İstanbulun Sultanahmet rayonunun "Hipodrom" meyadnının yaxınlığındakı Dikilitaş hissəsinə turist qrupunun arasına bir nəfər girərək, özünü partladıb.

Məlumata görə, tursit qrupundakıların sayı çox olmayıb.

Şahidlər partlayışı 25-30 yaşında ağbənizli, qara saçlı bir nəfərin törətdiyini bildiriblər.

Beyazit-Eminönü arasındakı tramvay xəttinin hərəkəti dayandırılıb.

Xəbərə əsasən, partlayış törədilən ərazidən televiziya yayımı qadağan edilib.

Yaxın saatlarda Türkiyənin baş naziri Əhməd Davudoğlunun başçılığı ilə Təhlükəsizlik Şurasının toplantısı keçiriləcək.

Qeyd edək ki, İstanbul valiliyində partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb. 

Şərhlər