"Partlayışı Suriyadan gələn şəxs törədib" - Ərdoğan
12.01.2016 17:22 Dünyadan reaksiya 1767
"İstanbulda Sultanahmet meydanında törədilən canlı bomba hücumunu Suriyadan olan bir nəfər törədib".
"Reaksiya" "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O bu hadisəni terror adlandıraraq, törədilən partlayışı qınadığını vurğulayıb.
"Partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb. Onların adları açıqlanacaq", - prezident bildirib.
Rəcəb Tayyib Ərdoğan Avropa dövlətləri, həmçinin Türkiyə də daxil olmaqla, terrorçuluğa qarşı birgə mübarizə aparmaq məcburiyyətinin yarandığını söyləyib: "Meydanı terror qruplaşmalarına, dağıdıcılara buraxmayacağıq".
Şərhlər