Türkiyədə üç polis məntəqəsinə hücum - 39 yaralı

14.01.2016 10:05     Dünyadan reaksiya     1792

Türkiyənin Diyarbəkir vilayətində üç polis məntəqəsinə silahlı hücum edilib.

"Reaksiya" Trend-ə istinadən xəbər verir ki, hücum nəticəsində 39 nəfər yaralanıb, polis məntəqələrin binaları güclü xəsarət alıblar.

İlkin məlumata görə, hücum edənlər PKK üzvləridir.

Hücum edənlərin saxlanılması üzrə xüsusi əməliyyat başlanılıb.

Trend-in məlumatına görə, terrorçular bir polis bölməsinin yaxınlığında minalanmış avtomobili partladıb, daha sonra binanı qumbaraatanlardan atəşə tutublar.

Şərhlər