Qazaxıstanda parlament buraxılır - Prezidentə müraciət edildi
14.01.2016 11:40 Dünyadan reaksiya 1876
Qazaxıstan parlamenti plenar iclasda yekdilliklə prezident Nursultan Nazarbayevə vaxtından əvvəl Məclisin buraxılması və 2016-da növbədənkənar seçkilərin keçirilməsi üçün müraciət edib.
"Reaksiya" Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, deputatlar müraciətlərində beşinci çağırış deputatlarının səlahiyyətlərinin erkən dayandırılması təşəbbüsü ilə çıxış ediblər. Müraciətdə qeyd edilib ki, belə bir məsuliyyətli vaxtda antiböhran tədbirlərinin aktiv həyata keçirilməsi üçün geniş ictimai konsolidasiya lazımdır.
Qeyd edilir ki, indiki parlamentin səlahiyyətləri 2016-cı ilin payızında başa çatır.
Şərhlər