İndoneziyada silsilə partlayışlar - 6 nəfər öldü

14.01.2016 10:20     Dünyadan reaksiya     1688

İndoneziyanın paytaxtı Cakartada bir necə yerdə ardıcılı partlayışlar törədilib, 6 nəfər ölüb.

"Reaksiya"nın APA-ya istinadən verdiyi məlumata görə, Bakı vaxtı ilə səhər saat 8-də şəhərin müxtəlif yerlərində təxminən 6 partlayış baş verib. İlkin məlumata əsasən hadisələr aralarında kamikadzelərin də olduğu 10-14 nəfərlik qrup tərəfindən təşkil olunub. Terrorçular böyük ticarət mərkəzini, insanların çox olduğu yerləri və bir sıra ölkələrin, o cümlədən Türkiyə və Pakistan səfirliklərinin yerləşdiyi əraziləri hədəfə alıblar.

Yaralıların sayı dəqiqləşdirilir.

Hüquq-mühafizə orqanları hadisədə İŞİD terror qruplaşmasının əlinin olub-olmadığını araşdırır. 

Şərhlər