Buş Klintonu ABŞ-ın milli təhlükəsizliyi üçün təhdid hesab edir
15.01.2016 14:30 Dünyadan reaksiya 1681
“Hillari Klintonun prezident seçkilərində qələbə çalması ABŞ-ın milli təhlükəsizliyi üçün ciddi təhdid ola bilər”.
"Reaksiya"nın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə republikaçılar daxilində ABŞ prezidentliyinə namizəd olmaq üçün mübarizə aparan Cebb Buş teledebatda çıxış zamanı deyib. O bildirib ki, Liviyanın Benqazi şəhərində ABŞ Baş Konsulluğuna terror hücumunun məsuliyyəti və Rusiya ilə münasibətlərdə “reset” siyasətinin məsuliyyəti məhz H. Klintonun üzərinə düşür: “O, prezident seçilsə, ABŞ üçün əsl kabus olacaq".
C. Buşun sözlərinə görə, H. Klinton seçilməsinin ardınca dərhal öz şəxsi problemlərini həll edəcək.
Qeyd edək ki, rəy sorğularına əsasən sabiq dövlət katibi Hillari Klintondemokratlar daxilində ABŞ prezidentliyinə namizədlər arasında liderlik edir.
ABŞ-da prezident seçkiləri 2016-cı ilin noyabrın 8-də keçiriləcək.
Şərhlər