İranla nüvə müzakirələri bir neçə gün də uzana bilər
29.06.2015 03:15 Dünyadan reaksiya 2620
Aİ Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Yüksək Nümayəndəsi Federica Mogherini İran ilə həyata keçirilən nüvə müzakirələrində uzun müddətli bir uzatmanın mümkün olmadığını ifadə edərək, müzakirələrin ancaq bir neçə gün uzana biləcəyini bildirib.Mogherini, görüşlərdən sonra hoteldən çıxarkən jurnalistlərin suallarını cavablandırıb. Müzakirədə iştirak edən ölkələrin xarici işlər nazirləriylə ikitərəfli və çoxtərəfli müzakirələr apardıqlarını ifadə edən Mogherini, "Siyasi iradənin var olduğunu qeyd etmək mümkündür. Bütün tərəflərdə bunu gördüm" - deyə bildirib.
Mogherini müzakirə heyətinin Lozannada əldə olunan siyasi razılıq çərçivəsində razılaşma mətninin yazılışına davam edəcəklərini sözlərinə əlavə edib. Müzakirələrin 30 iyunda bitməməsi halında Lozannada olduğu bir neçə gün uzana biləcəyini yazan Mogherini uzunmüddətli bir vaxtartırmanın mümkün olmadığını vurğulayıb.
Görüşlərdən sonra İran xarici işlər naziri Məhəmməd Cavad Zərif, Tehrana getmək üçün Vyanadan ayrılıb. Bir gün sonra Vyanaya geri dönəcəyi ehtimal olunan Zərif İranın ali dini lideri Ayətullah Əli Xameneyiyə müzakirələrlə bağlı məlumat verəcəyi qedy olunub.
Beynəlxalq Atom Enerjisi Agentliyi (UAEA) Direktoru Yukiya Amano da müzakirələrin aparıldığı otelə gələrək xarici işlər nazirləri ilə görüşüb.
Tərəflər arasında sanksiyaların aradan qaldırılması və nəzarətin artırılması mövzusunda fərqliliklər var. İsveçrənin Lozanna şəhərində 2 apreldə əldə olunan razılaşmaya görə, 30 iyuna kimi əhatəli razılaşma mətninin tamamlanmalıdır.
Şərhlər