Aİ-dən İngiltərə ilə razılaşma siqnalı
16.01.2016 01:26 Dünyadan reaksiya 1980
Aİ Komissiyasının sədri Jan Kloud Juncker Aİ-də islahatların keçirilməsi ilə bağlı İngiltərəylə razılıq əldə etdiklərini bildirib.
Aİ Komissiyasının sədri Jan Klod Juncker İngiltərənin tələb etdiyi İttifaqda islahatlardan keçirilməsi ilə bağlı optimist danışıb. Juncker həmin məsələdə fevral ayında razılaşma əldə olunacağı ilə bağlı ehtimalları dilə gətirib. Brüsseldə verdiyi açıqlamada bildirib ki, bir razılığın əldə olunmasından olduqca əmindir. Eyni zamanda fevral ayında keçiriləcək Aİ zirvəsində hədəfin sadəcə "razılıq əldə etməkdən daha çox qalıcı bir həll variantının tapılması olduğunu da sözlərinə əlavə edib.
Xatırladaq ki, İngiltərə baş naziri Deyvid Kemeron ölkəsinin 1973-cü ildən üzvü olduğu Aİ üzvlüyünün davam edib etməməsi ilə bağlı 2017-ci ilin sonuna kimi referendum keçirmək istəyir. Kemeron ölkənin Aİ üzvlüyü ilə bağlı referendum keçirməmişdən əvvəl birliklə yenidən müzakirələr aparır. Bu yöndə dörd sahədə yenidən tənzimləmə aparılmasını istəyən Kemeronun tələblərinin başında Aİ ölkələrindən İngiltərəyə gələn miqrantlar dayanır. Deyvid Kemeron, köçkünlərin sosial yardımlardan faydalanmaları üçün İngiltərədə ən az 4 il yaşamalı olması ilə bağlı şərtin qoyulmasının vacibliyini qeyd edir. Kemeron ancaq tələbləri təmin olunacağı halda Aİ üzvlüyündə qalacağını vurğulayır.
Şərhlər