"Prezidentlər ömür boyu prezident olsun" - Türkmənistan və Tacikistandan yeni təklif
16.01.2016 09:17 Dünyadan reaksiya 2136
Keçmiş Sovet respublikalarından Türkmənistan və Tacikistanda dövlət başçılarının öz vəzifələrində daimi qalmalarını təmin edəcək qanunlar gündəmdədir. Tacikistan və Türkmənistanda bir neçə gün arayla müzakirəyə başlayan layihələr, illərdir öz vəzifələrini icra edən dövlət başçılarına "ömür boyu milli lider" statusu verilməsi yönündə olduğu bildirilir.
Reaksiya rus mətbuatına istinadən xəbər verir ki, Tacikistan parlamentinə təqdim edilən layihədə, Dövlət Başçısı İmamali Raxmonun prezidentliyə seçilməsində məhdudiyyətlərin aradan qaldırılması nəzərdə tutur. Türkmənistanda da Qurbanqulu Berdimuhammedovun ölkənin inkişafı naminə daha çox prezident kimi qalması üçün şərait yaradılır.
Qeyd edək ki, İmamali Raxmonun vəzifə müddəti bugünkü konstitusiya görə 2020-ci ildə başa çatır və Tacik liderin bir daha seçilmək hüququ yoxdur.
İmamali Raxmon 1992-ci ildən, Berdimuhammedov 2006-ci ildən etibarən öz ölkələrində president kimi fəaliyyət göstərirlər.
Şərhlər