Almaniyadan Rusiya etirafı...

29.06.2015 03:54     Dünyadan reaksiya     2303

Almaniya xarici işlər naziri Frank Valter Steinmeier Rusiya ilə dostluq əlaqələrinin yenidən bərpa olunmasının qlobal sülhün açarı olduğunu bildirib. Steinmeier, “Welt am Sonntag” qəzetinə verdiyi müsahibədə "Vyanada davam edən nüvə müzakirələrinin uğurlu keçməsi halında Qərb Rusiyaya təşəkkür borclu olacaqmı?" sualına bu cavabı verib:

"Bu gərginliyin sona çatmasında Rusiyanın öz maraqları da mövcuddur. Bu ana kimi Rusiyanın İranla həyata keçirilən müzakirələrdəki Ukrayna məsələsinə heç bir təsiri olmayıb. Ukrayna böhranı bölgədəki problemlərdən yalnız birisidir və Rusiya olmadan da həlli mümkün deyil".

 

“Almaniya Rusiyadan imtina edə bilməz”

 

Rusiya ilə dostluq əlaqələri qurulmasını ümid etdiyini ifadə edən Steinmeier, “Rusiya ilə əlaqələrin normallaşdırılmasına dair bir niyyət olduğuna” da xüsusi diqqət etdiklərini vurğulayıb: "Almaniya, nə Rusiyadan imtina edə bilər, nə də Rusiyanı təcrid edə bilər. Rusiya, hələ Aİ-nin və Almaniyanın ən böyük qonşularından birisidir və elə ya da belə Avropanın gələcəyinə bağlı hər zaman söz sahibi olacaq".

Şərhlər

Çox oxunanlar