33 girov azad edildi - Burkina-Fasoda
16.01.2016 10:27 Dünyadan reaksiya 1843
Burkina-Fasonun paytaxtı Uaqaduqu şəhərində "Splendid" hotelində silahlıların girov götürdüyü 33 nəfər polisin keçirdiyi əməliyyat nəticəsində azad edilib.
"Reaksiya" APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin rabitə naziri bildirib.
İlkin məlumata görə, hücum nəticəsində 20 nəfər ölüb, 15 nəfər yaralanıb.
Hücuma görə məsuliyyəti “İslam Maqrib dövlətlərində Əl-Qaidə Təşkilatı” öz üzərinə götürüb.
Şərhlər