Rus nazir Almaniyaya buraxılmadı

16.01.2016 11:31     Dünyadan reaksiya     1717

Almaniya tərəfi Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçevə viza verməkdən imtina edib.

"Reaksiya" anspress-ə istinadən xəbər verir ki, bu səbəbdən nazir Berlində keçiriləcək “Yaşıl həftə” sərgisində iştirak etməyəcək.

Aleksandr Tkaçevin adı Avropa Birliyinin sanksiyalar siyahısında olduğundan ona viza verilməyib. Avropa Birliyi ötən ilin dekabrında Rusiya və Krımın 150 fiziki şəxs və şirkətlərinin sanksiya vaxtını daha 6 ay uzadıb. Rusiya biznesmenlərinə, deputatlarına və senatorlarına qarşı tətbiq edilmiş sanksiyalar sentyabrın 15-də bitməli idi, lakin ayın əvvəlindən Avropa Birliyi sanksiyaların müddətini daha altı ay uzadaraq, vaxı 2016-ci ilin mart ayında qoyub.

Şərhlər

Çox oxunanlar