“Beyaz Show” yarımçıq kəsildi - PKK təxribatına görə - VİDEO
16.01.2016 11:58 Dünyadan reaksiya 1807
Kanal D-nin məşhur proqramı “Beyaz Show” dünən yarıda kəsilib.
"Reaksiya" “Qafqazinfo”ya istinadən xəbər verir ki, şoumen Bəyazit Öztürk canlı yayımda qonaqları ilə filmdən danışan zaman studiyada olan izləyicilər “Ayşə müəllimə tək deyil” şüarları səsləndirib.
Canlı yayımlanan proqramda baş verənlərə görə Bəyaz 30-cu dəqiqədə verilişi yarıda kəsmək məcburiyyətində qalıb.
Xatırladaq ki, “Beyaz Show”nun yanvarın 8-də yayımlanan buraxılışında canlı yayıma bağlanan Ayşe Çelik adlı şəxs Diyarbakırdan zəng vurduğunu və müəllimə olduğunu bildirib. Daha sonra həmin qadın efirdə olan şəxsləri ölkənin cənubunda baş verən hadisələrdən xəbərsiz olduğunu üçün qınayıb.
Bəyazit Öztürk açıqlamasında bir anlıq nə baş verdiyini anlamadığı üçün qadının dediklərini təsdiqlədiyini, açıq danışılmadığından həmin an PKK-nın ağlına gəlmədiyini bildirib.
Yanlış anlaşılıdığından izləyicilərdən üzr istəyən Bəyaz adının siyasətdə çəkilməməsini istəyib.
Hadisədən sonra proqrama cavabdeh olan şəxslər, canlı yayıma bağlanan Ayşe Çelik və Beyazit Öztürk istintaqa cəlb olunub.
Ayşe Çelik istintaqa verdiyi ifadədə PKK-nı dəstəkləmədiyini bildirib.
Şərhlər