Rusiyadan Fransa qarışıqlığı

17.01.2016 14:19     Dünyadan reaksiya     2070

Moskvanın Suriyada İŞİD – lə döyüşməli olmadığını iddia edən Fransaya Rusiyadan reaksiya var

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Fransa Müdafiə Nazirinin “Moskvanın işi İŞİD –lə döyüşmək deyil” şərhinin Moskvada "qarışıqlıq" yaratdığını söyləyib.

Reaksiya Sputnik - ə istinadən xəbər verir ki, Konaşenkov Le Driana bir məqamı xatırlatmaq istədiklərini bildirib: “Suriyadakı əməliyyatlarımızın əsas və tək məqsədi, BMT üzvü olan Suriyanın torpaqlarının demək olar ki, hər tərəfində yayılan terrorun yox etməkdir".

Digər tərəfdən Konaşenkov, Rusiyanın Suriyadakı hava əməliyyatlarının, İŞİD - in nə qədər hədəfinin vurulması ilə yox, Suriya ordusu və “vətənpərvər” müxalif qrupların İŞİD –dən azad etdiyi yüzlərlə şəhər və kənd ilə ölçülməli olduğunu bildirib.

Rusiyanın baş qərargah rəisinin rəsmisi Sergey Rudskoy dünən təşkil etdiyi mətbuat konfransında rus hava qüvvələrinin Suriyada keçirdiyi hava əməliyyatları dövründə ölkədə 217 yaşayış yeri və min kvadrat kilometrlik bir sahənin terrorist kimi xarakterizə edilən müxalif qrupların əlindən geri alındığını irəli sürmüşdü.

Şərhlər

Çox oxunanlar