Kamal Kılıçdaroğluna cinayət işi açıldı
18.01.2016 14:05 Dünyadan reaksiya 1801
Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu haqqında araşdırma başladılıb.
"Reaksiya" Lent.az-a istinadən xəbər verir ki, partiyanın şənbə günü iclasında çıxış edən Kamal Kılıçdaroğlu prezident Rəcəb Təyyib Ərdoğanı sərt şəkildə tənqid edib.
O, çıxışında Ərdoğanı diktator adlandırıb: “Ərdoğan üçün şərəf və namus anlayışı yoxdur. Ya prezident vəzifəsi düzgün icra elə, tərəfsizliyini qoru, ya da mən sənə hər gün şərəf və namus anlayışlarını xatırladım. Sən prezident seçiləndə şərəfin və namusun üstünə and içmisən. Soruşuram indi, sən şərəf və namusdan nə anlayırsan?”. İclasda iştirak edən iqtidar nümayəndələri bu sözlərdən sonra həmin yeri tərk edib.
Şərhlər