Yusif Çinar: “ABŞ-ın məqsədi İŞİD – i məhv etmək olsaydı, təşkilat bu qədər gücləməzdi'
30.05.2015 12:27 Dünyadan reaksiya 524
Suriya Hava Qüvvətləri Palmirada İŞİD - ə hava hücumları həyata keçirdiyi dövrdə, İranın Baş qərargah rəisi Məsud Cəzairi, "İraq Şam İslam Dövləti, ABŞ dəstəkli terrorizmin fikir və hərəkətlərinin məhsuludur" – açıqlamasını verib.
Cəzairi mediaya açıqlamasında bildirib ki, ABŞ müqavimət cəbhəsindəki və xalqların uyanışındaki naməlumluğu artıraraq, mədəniyyət, dəyərləri və qaynaqları yox edərək, bölgədəki nökərlərinin köməyi ilə müsəlmanların gücünü hər sahədə qıraraq, yeni bir Yaxın Şərq xəritəsi çəkmək üçün İŞİD problemini yaradıb.
Məsələyə münasibət bildirən etnik münaqişələr ekspert, politoloq, Beynəlxalq Strateji Baxış İnstitutunun rəhbəri Yusuf Çınar İŞİD – lə mübarizədə ABŞ-ın və İranın rolunu belə dəyərləndirib:
"ABŞ-ı günahlandıran İran get - gedə güclənir. İranın bu açıqlamaları bir az öz mənfəətlərinin gün üzünə çıxmaması üçün verilmiş açıqlamalardır. İraqa kömək etdikləri üçün, Tikrit əməliyyatının zəruri bir addım olduğunu qanuniləşdirmək üçün ABŞ-ı günahlandırdıqlarını düşünürəm. Bu məsələdə təbii ki, ABŞ-ın da günahı çoxdur. İndiyə kimi İŞİD - i əslində aradan qaldırmaq mümkün idi. ABŞ, həqiqətən İŞİD – i yox etmək üçün hərəkata başlasaydı, bu gün İŞİD bu qədər güclənməzdi. Lakin ABŞ-ın xüsusilə bölgədən çəkilərkən buraxdığı təsisatlar, İraq dövlətinin içərisində sünnilərin siyasi proseslərdən çıxdaş olunmasına, bugünkü problemin daha da dərinləşməsinə, hətta İŞİD - in hökumətin dayağına çevrilməsinə səbəb olub. Bunlar ABŞ-ın ən böyük səhlənkarlığıdır. Və nəticə də göz qabağındadır.
İranın bu açıqlamaları öz daxili elektoratına hesablanıb. İŞİD – i bölgədəki qeyri-sabitlik yaradıb, nəticədə isə bu terror qruplaşması Suriya, İraq və Türkiyəni təhdid edən qüvvə halına gəldi. Proseslər belə davam etsə, İŞİD zəifləsə, İran bölgədə öz ictimai, hərbi və dövlətlər üzərindəki nüfuzunu daha da artıracaq".
Şərhlər