Pakistanda universitetdə terror - 25 ölü
20.01.2016 12:58 Dünyadan reaksiya 1836

Üç silahlı şəxs yanvarın 20-də Pakistanın Heybər-Pahtunhva əyalətinin Çarsadda şəhərində universitetə hücum edib. Terrorçular auditoriyalara və yataqxana otaqlarına soxularaq atəş açıblar.
"Reaksiya" APA-ya istinadən xəbər verir ki, yerli polis hücumu nəticəsində 21 nəfərin həlak olduğunu bildirib.
Pakistanın informasiya naziri Şaukat Yusufzadə isə ölü sayının 25-ə çatdığını açıqlayıb
Hücuma görə, "Taliban" məsuliyyəti üzərinə götürüb.
Şərhlər