“Türkiyə terror qarşısında sarsılmayacaq” - Davudoğlu
20.01.2016 13:38 Dünyadan reaksiya 1747
"Türkiyə İŞİD təhdidinə son qoymaq üçün hər cür addımlar atacaq və koalisiya ortaqları ilə birgə mübarizəni davam etdirəcək”.
"Reaksiya" APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu “The Wall Street Journal”da dərc olunan məqaləsində bildirib.
Türkiyənin terror qarşısında sarsılmayacağını qeyd edən baş nazir bir qədər əvvəl İstanbulda Sultanəhməd meydanında baş verən terror aktından da bəhs edib. Ə.Davudoğlu qeyd edib ki, bu hadisə terrorizmin qlobal səviyyəyə yüksəlməsinə qarşı koordinasiya olunmuş mübarizinin vacibliyini bir daha təsdiq edir.
Baş nazir onu da vurğulayıb ki, İŞİD-in tarixi məbədə bu qədər yaxın məsafədə terror aktı təşkil etməsi onların dinlə bağlılıqlarının olmadığını göstərir.
Şərhlər