Nazir Türkmənistana səfər edəcək

21.01.2016 17:43     Dünyadan reaksiya     1629

Rusiya xarici işlər naziri Sergey Lavrov yanvarın 27-28-də Aşqabada səfər edəcək.

"Reaksiya"nın APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. 

O, S. Lavrovun Aşqabada səfəri çərçivəsində iki ölkənin xarici işlər nazirlikləri arasında 2016-cı il üçün əməkdaşlıq planının imzalanacağını söyləyib: "Moskva Aşqabadla münasibətləri yüksək qiymətləndirir. Rusiya XİN başçısının səfəri çərçivəsində keçirəcəyi görüşlərdə ikitərəfli münasibətlər, BMT, MDB və Xəzəryanı beşlik çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Bundan başqa Yaxın Şərqdə baş verən hadisələr, Orta Asiyadakı mövcud vəziyyət nəzərdən keçiriləcək".

M. Zaxarova S. Lavrovun Rusiyanın Aşqabaddakı səfirliyinin yeni binasının açılış mərasimində iştirak edəcəyini də bildirib.  

Şərhlər

Çox oxunanlar