Dünyanın ən çox sanksiyalanmış ölkələri hansılardır? - Siyahı
22.01.2016 23:19 Dünyadan reaksiya 1551
Şimali Koreya
Şimali Koreyaya qarşı, xüsusilə də onun nüvə proqramı və insan haqlarının vəziyyəti ilə bağlı bir çox sanksiyalar irəli sürülüb. Bu isə o deməkdir ki, bu ölkəyə yardımın bütün formaları, onunla maliyyə və ticarət əlaqələri qadağandır.
Israil
İsrailə qarşı Avropa İttifaqı və ABŞ-ın heç bir sanksiyası yoxdur, lakin bir sıra ərəb ölkələri İsraillə bəzi işbirliklərini qadağan ediblər.
İraq
İraqın üzərindəki sanksiyalara silah və bununla əlaqədar embarqolar daxildir. Bu ölkə ilə mədəni tədbirlər mübadiləsi üzərində də məhdudiyyətlər mövcuddur. İraqa aid iqtisadi resurslar dondurulub.
Sudan
Sudana qarşı sanksiyalar 1997-ci ildən, onun qonşu ölkələri sabitsizləşdirmək cəhdləri ilə bağlı qoyulub.
ABŞ bu ölkəyə qarşı iqtisadi, ticarət və maliyyə sanksiyaları irəli sürüb. 2006-cı ildə Darfurda baş vermis zorakılıqlarla bağlı sanksiyalar genişləndirilib.
Suriya
Suriyaya qarşı irəli sürülmüş ABŞ və Aİ sanksiyaları ən geniş sanksiyalardan sayılır. Bunlara daxili repressiyalarda istifadə oluna biləcək mallar, neft və neft məhsulları ilə ticarətin qadağan olunması daxildir.
Suriya artıq bir neçə onillikdir ki, terrorçu qrupları dəstəklədiyinə görə ABŞ sanksiyaları altındadır. Bu sanksiyalar sonradan vətəndaşlar üzərinə repressiyalar və qaçqın böhranı ilə bağlı daha da genişləndirilib və bura ABŞ-dan və Aİ-dən investisiyalar, maliyyə fəaliyyəti və nəqliyyat üzərinə embarqolar da əlavə edilib.
Liviya
Liviya üzərindəki sanksiyalara bu ölkəyə silah və bununla bağlı materialların, daxili repressiyalarda istifadə oluna biləcək avadanlığın satılmasının qadağanı daxildir. Qanunsuz neft ixracının önlənməsi məqsədilə sanksiyalarda bəzi gəmi tiplərinin təftişi və onların hərəkətinin məhdudlaşdırıması da nəzərdə tutulub. Bu ölkəyə yardım fondları və iqtisadi resurslar dondurulub.
Rusiya
ABŞ və Aİ 2014-cü ildə Krımın ilhaqı ilə və şərqi Ukraynadakı böhranla bağlı Rusiyadan olan fərdlərə və bizneslərə qarşı bir sıra sanksiyalar tətbiq edir.
Aİ və ABŞ həmçinin Rusiya iqtisadiyyatının hakim elita ilə bağlı olan müəyyən sektorlarını hədəfləyirlər.
Rusiya cavab olaraq Aİ, ABŞ və bəzi başqa ölkələrdən ərzaq məhsullarının idxalına qadağan qoyub.
Ukrayna
Aİ və ABŞ-ın sanksiyaları Ukraynanın şərqində və Moskvanın 2014-cü ildə mübahisəli referendumla öz ərazisinə qatdığı Krımda rusiyayönlü separatçılıqla bağlı olan rəsmiləri hədəfləyir.
Öz növbəsində Rusiya Ukraynaya qarşı özünün ərzaq qadağanlarını qoyub.
Həm də Birma kimi tanınan Myanmar
Myanmar bir sıra siyasi dəyişiklikləri icra etdikdən sonra 2013-cü ildə onun üzərindəki bir çox beynəlxalq sanksiyalar qaldırılıb.
Bununla belə, silah embarqosu və daxilıi repressiyalarda istifadə edilə biləcək avadanlıq üzərindəki embarqo qüvvədə qalır.
Şərhlər