Rusiya NATO ölkəsinə helikopter satacaq
23.01.2016 13:42 Dünyadan reaksiya 1894
Macarıstan hökuməti Rusiyadan 30 ədəd Mi-17 helikopter almağı planlaşdırır.
"Reaksiya" Axar.az-a istinadən xəbər verir ki, bu, Macarıstan baş naziri Viktor Orbanla Rusiya prezidenti Vladimir Putinin görüşündə müzakirə olunacaq.
Məlumata görə, görüş bu ilin fevralında baş tutacaq. Müqavilənin yarım milyard dollar dəyərində olacağı bildirilir.
Qeyd edək ki, Macarıstan 1999-cu ildən NATO-nun üzvüdür.
Şərhlər