Çin lideri İrana səfər etdi
23.01.2016 14:05 Dünyadan reaksiya 1956
Çin prezidenti Si Tsinpin Yaxın Şərq səfəri çərçivəsində İrana gedib.
"Reaksiya" Axar.az-a istinadən xəbər verir ki, dünən axşam paytaxt Tehrana gedən Çin lideri bu gün iranlı həmkarı Həsən Ruhani ilə görüşüb.
Səfər çərçivəsində iki ölkə arasında 18 əməkdaşlıq protokolu imzalanacağı gözlənilir.
Aralarında 3 baş nazir müavini və 6 nazirin olduğu böyük nümayəndə heyəti ilə Tehrana gələn Tsinpin 14 illik fasilədən sonra İranı ziyarət edən ilk Çin dövlət başçısı olub.
Şərhlər