Amerika qara təslim olub
24.01.2016 17:32 Dünyadan reaksiya 1336
ABŞ-ın şərqində qarın yaratdığı çovğun həyatı dondurub. BBC yazır ki, amerikalılar belə vəziyyətdə adətən supermarketlərə gedib çoxlu ərzaq alırlar. Sonra da evdən bayıra çıxmırlar. Bu cür hava dostlarını çağırıb evdə kinoya baxanlar üçünsə bir bəhanə olur.
Belə hava ABŞ-ın şimal-şərqində gözlənilən idi. Neçə gündü ki, havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilirdi. İndi çovğuna görə fövqəladə vəziyyət elan olunub.
Sonuncu dəfə 2012-ci ildə Sandy qasırğasına görə bağlanan Vashinqton metrosu indi də bağlıdır. Şəhər daxilində avtobuslar işləmir. Cümə günü dövlət idarələri bağlı olub. Özəl iş yerlərinin və şirkətlərin çoxu da işləməyib.
Çovğun ölkənin siyasi aləminə də təsirini göstərib. Konqresdəki səsvermə, Ağ Evdə planlaşdırılan bəzi tədbirlər təxirə düşüb.
1922-Cİ İL REKORDU TƏZƏLƏNƏ BİLƏR
Güclü qar bazar günü də davam edib. Arabir göy guruldayır. Vashinqtonda qarın qalınlığı 40-70 sm arasındadır. Qalınlıq 71 santimetri keçsə, bu, 1922-ci ildən bu yana Vashinqtondakı ən yüksək qar qalınlığı olacaq.
New Yorkda da durum fərqli deyil. Əvvəlcə çovğunun bura təsir göstərəcəyi gözlənilmirdi. Hətta qalını qalınlığının 10-12 santimetri ötməyəcəyi təxmin edilirdi.
TƏXMİNLƏR DOĞRU ÇIXMADI
Nyu-Yorkda qarın qalınlığı 30- 45 santimetrə qədər yüksəldi. Çovğunun şəhərə gözləniləndən artıq düşməsi rəsmiləri hərəkətə gətirib. Şəhərdəki kitabxana, zoopark, və akvarium kimi turistlərin çox getdiyi yerlər bağlandı. Şəhər bələdiyyəsinin rəhbəri Bill de Blasio bildirib ki, lazımı tədbirlər görülüb. Şəhər nəqliyyatı mümkün qədər işləyəcək. Sakinlərdən maşınlarıyla yola çıxmamaq xahiş olunub.
New Yorkda əsas narahatlıq su basqınıyla bağlıdır. Xüsusilə Long Island, Manhattanın cənubu və New Jersey sahillərində dəniz suyunu artması su basqınları yarada bilər. Bununla bağlı xəbərdarlıqlar edilib.
MİNLƏRLƏ UÇUŞ TƏXİRƏ SALINIB
Yanvarın 22-dən bu yana çovğunla bağlı ABŞ-da 18 nəfər ölüb.
İndilərdə çovğun xəfifləyir və Atlantik Okeanına doğru irəliləyir.
Washington DC-dəki əsas iki hava limanı- Ronald Reagan Washington National və Dulles International gün ərzində işləməyəcək.
Filadelfiya Beynəlxalq Aeroportu da şənbə günündən bağlıdır.
Amerikann şərqi qara təslim oldu. İndi hamı əvvəlki illərin rekordlarının təzələnib-təzələnməyəcəyini gözləyir. Fırtına və çovğunun vurduğu əsas ziyan isə vəziyyət yoluna düşəndən sonra bilincək.
Şərhlər