İraqın baş naziri: “Türkiyə Osmanlı İmperiyasını bərpa etmək istəyir...”

24.01.2016 21:27     Dünyadan reaksiya     987

İraqın baş naziri Heydər əl-Abadi Ankaranın bölgədə Osmanlı İmperiyasını bərpa eləməyə çalışdığını iddia edib.Musavat.com-un məlumatına görə, bu barədə “İraq News” nəşri xəbər yayıb.
 
“Türkiyə bizə deyir ki, İŞİD-lə mübarizə aparır, ancaq mən səmimi şəkildə onlara bildirirəm ki, bunun sübutunu görmürəm”, - deyə baş nazir qeyd edib və Türkiyənin kürd silahlıları ilə deyil, terrorçularla mübarizəyə prioritet verməli olduğunu söyləyib. 
 
Onun sözlərinə görə, “Ankara bölgədə Osmanlı İmperiyasını bərpa eləməyə səy göstərdiyi halda, İraq qonşu Türkiyə ilə yaxşı münasibətlər saxlama çalışır”.
 
əl-Abadi bir daha Türkiyə qoşunlarının İraq ərazisində olmasını qeyri-məqbul saydığını bildirib və Ankaranı öz qoşunlarını İraqdan çıxarmağa çağırıb.

Şərhlər

Çox oxunanlar